Bakıda cüdo üzrə Dünya kuboku yarışları keçiriləcək

Bakıda cüdo üzrə Dünya kuboku yarışları keçiriləcək

Oktyabr ayının 9-10-da Bakıda qadınlar arasında cüdo üzrə Dünya Kuboku yarışları keçiriləcək. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yarışda Azərbaycan yığması ilə yanaşı Almaniya, Kanada, Çin, İsrail, Hollandiya, Polşa və Belorus komandalarının iştirakı öz təsdiqini tapıb.

Qeyd edək ki, Dünya Kuboku 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterlidir. Yarışın qalibi 100 xal, 2-ci yer 60, 3-cü yerin sahibi isə 40 xal qazanır.

Nəzərinizə çatdıraq ki, Dünya Kubokuna qeydiyyat hələ ki, davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə