AZAL-ın rəhbərliyi nigeriyalı oyunçunu komandanın heyətindən çıxarıb
Mövsümlərarası dövrdə AZAL-a transfer olunan Laval Abiodun komandadan ayrılıb. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, buna səbəb nigeriyalı futbolçunun diz nahiyəsindən aldığı zədədir. Belə ki, sentyabrın 7-də keçirilən məşq zamanı Laval Abiodun zədələnərək məşqi yarımçıq tərk edib.
Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalında həkimlər tərəfindən müayinə olunan legionerin sağ ayağında ciddi problem aşkar olunub və ona diz qapağının "postravmatik qaneartrozu" diaqnozu qoyulub. Məlum olub ki, futbolçunun 4 il əvvəl aldığı zədə zamanı sümük qırıntıları diz oynağını zədələmiş və sümük qəlpələri oynaq daxilində hələ də qalmaqdadır.
Bunları nəzərə alan həkimlər Abioduna nəinki futbol oynamağı, hətta idman fəaliyyəti ilə məşğul olmamağı məsləhət görüb. Laval Abiodonun özü də Nigeriyada aldığı zədənin müalicə olunmadığını bildirərək klubla bağlanılan müqavilənin ləğv olunmasını xahiş edib.
Həm həkimlərin rəyini, həm də futbolçunun xahişini müzakirə edən AZAL-ın rəhbərliyi Laval Abiodunun komandanın heyətindən çıxarılmasına qərar verib. Artıq bu məsələ ilə bağlı PFL-ə də rəsmi məlumat verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB