“Qalatasaray” “Mançester Siti”nin futbolçusunu transfer edir

“Qalatasaray” “Mançester Siti”nin futbolçusunu transfer edir

“Qalatasaray” heyətinə yeni oyunçu cəlb edib. SİA-nın məlumatına görə, son olaraq “Mançester Siti”də çıxış edən Fernando bu gün Türkiyə klubu ilə müqavilə imzalamaq üçün İstanbula gedəcək. Braziliyalı yarımmüdafiəçi daha sonra klubun Avstriyadakı toplanışına qatılacaq.

Qeyd edək ki, 30 yaşlı futbolçu 2014-2017-ci illərdə “Mançester Siti”də çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə