"İnter"in futbolçusu "Valensiya"ya transfer ediləcək

"İnter"in futbolçusu "Valensiya"ya transfer ediləcək

"İnter"in müdafiəçisi Ceyson Murilyo "Valensiya"ya keçəcək. SİA-nın məlumatına görə, onun transferi 13 milyon avroya reallaşacaq.

Murilyonun xidmətlərində "Zenit", "Tottenhem" və "Everton" da maraqlıdır. Amma bu klubların rəsmi təklifi yubandığından 25 yaşlı müdafiəçi "yarasalar"a müsbət cavab verib. Onun "nerazzurri" ilə müqaviləsi 2020-ci ildə başa çatacaq. "İnter" kolumbiyalı futbolçuya görə 15 milyon avro tələb etsə də, tərəflər kompromiss əldə edə bilmişdi.

O, Milan klubuna 2015-ci ildə keçmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə