İspaniya Futbol Liqası (La Liqa) “Barselona”nın futbolçusu Neymarın PSJ-yə transferinə icazə verməyib. SİA-nın “As” nəşrinə istinadən yaydığı xəbərə görə, səbəb kimi braziliyalı hücumçunun transfer qiymətinin çox yüksək məbləğdə (222 milyon avro) olması göstərilib.
Bu gün Neymarın meneceri tələb olunan sənədləri imzalamaq üçün La Liqanın ofisinə gedib. Lakin qurumdan bu transferin FİFA-nın maliyyə "fair play” qaydalarına zidd olduğu bildirilib.
PSJ-nin məsələ ilə bağlı FİFA-ya müraciət edəcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB