Cari mövsüm qarşısına futbol üzrə Azərbaycan Birinci Divizionunda çempion olaraq Premyer Liqaya vəsiqə qazanmaq məqsədi qoyan MOİK bu istiqamətdə növbəti addımı atıb. SİA-nın məlumatına görə, "hərbçilər" yeni məşqçi ilə güclənib.
Belə ki, Vadar Nuriyev bundan sonra sözügedən komandanın uğurları üçün çalışacaq. Baş məqşçinin köməkçisi işləyəcək V.Nuriyev buna qədər Azərbaycan U-19 millisində, AZAL futbol klubunda baş məşqçinin köməkçisi, "Olimpik-Şüvəlan"da, "İnter"in əvəzedici komandasında, "İnter"in U-19 komandasında baş məşqçi kimi çalışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB