“Beşiktaş”dan daha bir transfer

“Beşiktaş”dan daha bir transfer

Son Türkiyə çempionu olan “Beşiktaş” heyətinə yeni futbolçu cəlb edib. SİA-nın məlumatına görə, İstanbul klubu “Valensiya” komandasının hücumçusu Alvaro Neqredonu transfer edib. 31 yaşlı ispaniyalı hücumçu ilə 2+1 illik müqavilə imzalanıb.

“Qara qartallar” İspaniya millisinin üzvünün keçidi üçün İspaniya klubuna 2,5 milyon avro ödəyib. Təcrübəli futbolçu avqustun 4-də İstanbula gələcək və ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, karyerası boyunca “Real Madrid”, “Sevilya” və “Mançester Siti” kimi komandalarda forma geyən Neqredo 2014-cü ildən “Valensiya”nın heyətində çıxış edirdi. Hücumçu, son mövsümdə “Midlsbro”nun heyətində icarə əsasında çıxış edib və 36 oyuna 9 qol vurub.

Xatırladaq ki, “Beşiktaş” bir müddət əvvəl “Real Madrid”in portuqaliyalı futbolçusu Pepeni də transfer edib.

Bütün xəbərlər Facebook səhifəmizdə