Avropa Şurasına üzv ölkələrin idman nazirlərinin XVIII qeyri-formal konfransına start verilib - TƏDBİR
Bu gün Gülüstan sarayında Avropa Şurasının İdmana məsul Nazirlərinin XVIII qeyri-formal konfransına start verilib. SİA-nın məlumatına görə, hər 2 ildən bir Avropa Şurası tərəfindən Avropa ölkələrində idman şəraitində baş verən mühüm prosesləri müzakirə etmək üçün toplaşan idman nazirləri son dəfə Yunanıstanda təşkil olunan iclasdan sonra Bakıda bir araya gəliblər.
Konfransın keçirilməsində məqsəd nəticələrə əl qatılmasına qarşı idmanın təmizliyini və bütövlüyünü qoruyub saxlamaq, ikinci növbədə isə Avropa idman əməkdaşlığı mövzuları müzakirə etməkdir.
Tədbirdə idmançılara vizaların verilməsi, dopinqdən istifadə xidmətinin qarşısının alınması Avropa İttifaqı ilə Avropa Şurası arasında əməkdaşlıq və digər məsələlər də iştirakçıların müzakirə mərkəzindədir. Bununla yanaşı, antidopinq konvensiyası və idman matçları, futbol oyunları zamanı tamaşaçılar tərəfindən hərəkətlər və zorakılığa qarşı mübarizə konvensiyasının da monitorinqi müzakirə mövzusudur. Artıq 10 ildən çoxdur ki, fəaliyyət göstərən Ümumdünya Antidopinq Agentliyinin İcra Komitəsində daim Avropanın dövlət qurumlarını Avropa nazirlərindən biri təmsil edir. Səlahiyyət müddəti başa çatan ispan nazirini növbəti 2011-2012-ci illərdə əvəz edəcək nümayəndəni də seçmək prosesi baş tutacaq. Qonaqlar qismində konfransda Avropa Şurasının İdman sahəsinin də daxil olduğu baş direktorluğun direktoru Xanım Qabriella Battaini-Draqoni, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, "Sport Akkord" təşkilatının rəhbəri, Avropa ədalətli oyunlar hərakatının baş katibi və 10-a yaxın idman təşkilat rəhbərləri iştirak edir. 18 ölkənin idman naziri, onların müavinləri və bir sıra dövlət katibləri də konfransda iştirak edirlər. Ümumilikdə isə tədbirdə 35 ölkənin idman nazirliyinin nümayəndələri var.
Açılış mərasimini giriş sözü ilə açan Azərbaycan Respublikanın baş nazirinin müavini Elçin Əfəndiyev bu konfransın əhəmiyyətindən danışıb. O, konfransda olan 35 ölkənin idman nazirliyinin nümayəndələrinin olmasını yüksək qiymətləndirərək, bunun tədbirin əhəmiyyətini əks etdirdiyini qeyd edib. Avropa Şurasının idmanda neqativ halların aradan qaldırılması istiqamətində mühüm işlər gördüyünü deyən baş nazirin müavini bu konfransın da bu istiqamətdə yararlı olacağını bildirib. Bu cür böyük toplantının Azərbaycanda keçirilməsinin təsadüfi olmadığını vurğulayan E.Əfəndiyev Azərbaycanda idmana göstərilən diqqət və qayğıdan dünyanın bütün ölkələrinin xəbərdar olduğunu deyib. O, həmçinin Azərbaycanda idmanın inkişafı barədə də söz açıb. Baş nazirin müavini Azərbaycanda olimpiya idman növləri üzrə medalların sayının 2 dəfə, qeyri-olimpiya növləri üzrə isə 2,3 dəfə artdığını bildirib.
Daha sonra isə xarici ölkələrin nazirləri çıxış ediblər. Avropa Şurasının sədr müavini isə tədbirə gələ bilmədiyi üçün öz çıxışının video-yazısını göndərib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB