Zidanın oğlu "Real"ın əsas komandasında debüt edib

Zidanın oğlu "Real"ın əsas komandasında debüt edib

"Real"ın baş məşqçisi Zinəddin Zidanın oğlu Luka Zidan əsas komandada debüt edib. SİA-nın məlumatına görə,19 yaşlı qolkiper MLS-in ulduzları yığmasına qarşı yoxlama matçında oynayıb. O, 72-ci dəqiqədə Ruben Yanesi əvəzləyib.

Qeyd edək ki, L.Zidan yeni mövsümdən Madrid klubunun 3-cü qapıçısı olacaq.

Əlavə edək ki, MLS-in ulduzları yığmasına qarşı matçda "Real" penaltilər seriyasında 4:2 hesabı ilə (əsas vaxt - 1:1) qalib gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə