Gökhan Gönül əməliyyat edilib

Yeni mövsümə hazırlaşan Türkiyənin “Beşiktaş” klubu daha bir ciddi itki ilə üzləşib. SİA-nın məlumatına görə, komandanın müdafiəçisi Gökhan Gönül sağ ayağındakı ağrılara görə əməliyyat edilib. 32 yaşlı futbolçunun 6 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.

Bir müddət əvvəl İstanbul klubunda Gökhan Töre və Atınç Nukan da əməliyyat ediliblər.

Qeyd edək ki, Gökhan 2016-ci ildə "Beşiktaş"a "Fənərbaxça"dan keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə