“Qarabağ”ın 5 potensial rəqibi məlum olub

“Qarabağ”ın 5 potensial rəqibi məlum olub

“Qarabağ” klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatmasında “səpələnməmişlər” arasında yer alacaq. SİA-nın məlumatına görə, Ağdam klubu qrup mərhələsinə gedən yolda son maneəni keçmək üçün reytinqdə özündən yuxarı olan komandanı üstələməlidir.

Belə ki, çempionumuz pley-offda “Olimpiakos” (Yunanıstan), “Seltik” (Şotlandiya), “Kopenhagen” (Danimarka), APOEL (Kipr) və ya “Maribor”la (Slovaniya) qarşılaşacaq.

Pley-off mərhələsinin püşkü avqustun 4-də Bakı vaxtı ilə saat 14:00-da atılacaq. Bu mərhələnin oyunları isə avqustun 15-16-da, cavab görüşləri isə 1 həftə sonra keçiriləcək.

Çempionlar Liqası, pley-off mərhələsi

Çempionlar yolu

Səpələnmişlər

“Olimpiakos” (Yunanıstan)

“Seltik” (Şotlandiya)

“Kopenhagen” (Danimarka)

APOEL (Kipr)

“Maribor” (Slovaniya)

Səpələnməmişlər

“Qarabağ” (Azərbaycan)

“Astana” (Qazaxıstan)

“Riyeka” (Xorvatiya)

“Hapoel” (Beyer-Şeva, İsrail)

“Slaviya” (Çexiya)

Liqa yolu

Səpələnmişlər

“Sevilya” (İspaniya)

“Napoli” (İtaliya)

“Liverpul” (İngiltərə)

MOİK (Rusiya)

“Sportinq” (Portuqaliya)

Səpələnməmişlər

“Styaua” (Rumıniya)

“Yanq Boyz” (İsveçrə)

“Nitsa” (Fransa)

“Hoffenhaym” (Almaniya)

“Başakşəhər” (Türkiyə)

Bütün xəbərlər Facebook səhifəmizdə