Türkiyə Futbol Federasiyası Mirça Luçeskunu milli futbol komandasının baş məşqçisi təyin edib.
SİA Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, Luçesku ilə üç (2+1) illiyə müqavilə imzalanmasına dair razılıq əldə olunub. Müqavilənin rəsmi imzalanma mərasimi avqustun 4-də keçiriləcək.
Rumıniyalı futbol mütəxəssisi Mirça Luçesku bundan əvvəl Türkiyənin "Qalatasaray" və "Beşiktaş" klublarının baş məşqçisi olunmuş və hər iki komandanı çempionluq zirvəsinə yüksəltmişdi.
Xatırladaq ki, Türkiyə milli futbol komandasının sabiq baş məşqçisi Fatih Terim bir həftə əvvəl vəzifəsindən istefa verib. O, milli komandaya 2013-cü ildən rəhbərlik edirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB