İsveç atıcıları qızıl və gümüş medal qazanıblar

İsveç atıcıları qızıl və gümüş medal qazanıblar

Bakıda keçirilən atıcılıq üzrə Avropa çempionatının 50 metr məsafədən qaçan hədəfə atəşaçma yarışlarının kişilər arasında fərdi mübarizəsinin qalibi İsveç təmsilçisi olub. İsveç atıcısı Jesper Nyberg 591 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onun həmyerlisi Emil Martinsson isə 589 xalla gümüş medal qazanıb.

Çexiya atıcısı Bedriç Jonas və rusiyalı Mixail Azarenko hərəyə 586 xal toplayaraq çempionatın bürünc medalına layiq görülüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə