Neymar "Barselona"da komanda yoldaşları ilə sağollaşıb

Neymar "Barselona"da komanda yoldaşları ilə sağollaşıb

“Barselona” Neymarın klubu tərk etmək istədiyini açıqlayıb. SİA-nın məlumatına görə, 25 yaşlı braziliyalı hücumçu klub rəhbərliyindən icazə alaraq komandanın bu gün səhər baş tutan məşqində iştirak etməyib: “Neymar səhər məşqindən əvvəl karyerasını “Barselona”da davam etdirmək istəmədiyini açıqlayıb. Ona görə də futbolçuya gələcək karyerası ilə bağlı işlərini qaydasına salması üçün məşqdə iştirak etməməyə icazə verilib. Neymar komanda yoldaşları ilə sağollaşıb".

Futbolçunun 222 milyon avro qarşılığında Fransanın PSJ klubuna transfer olunacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə