"Roma"nın canlı əfsanəsi Françesko Tottinin son matçına çıxdığı forması kosmosa buraxılıb. SİA-nın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb. 40 yaşlı futbolçu da bu ideyanı müsbət dəyərləndirib. Formanın olduğu "Vega" raketi səhər saatlarında Fransa Qvianasında yerləşən Kuru kosmodromundan açıq səmaya göndərilib.
Totti 1993-2017-ci illərdə "Roma"nın şərəfini qoruyub. O, paytaxt klubunda 785 oyun keçirib və 307 qolun müəllifi olub. Onun son oyunu İtaliya A Seriyasının 38-ci turunda "Cenua"ya qarşı (3:2) olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB