Atıcılıq üzrə Avropa çempionatının 13-cü gününün yarışları başlayıb

Atıcılıq üzrə Avropa çempionatının 13-cü gününün yarışları başlayıb

Avqustun 2-də Bakıda keçirilən atıcılıq üzrə Avropa çempionatının 13-cü gününün yarışlarına start verilib. SİA-nın məlumatına görə, çempionatın 13-cü günündə dairəvi stend üzrə qarışıq komanda yarışları keçirilir. Bu növdə ölkəmizi Emin Cəfərov, Nurlana Cəfərova, Fuad Qurbanov və Regina Meftahətdinova təmsil edir.

Bundan başqa, bu gün kişilər və yeniyetmələr arasında 50 metr məsafəyə qaçan hədəfə atəşaçma üzrə yarışların qalibləri müəyyən olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə