Bu gün ÇL-də III təsnifat mərhələsinin növbəti oyunları yekunlaşacaq

Bu gün ÇL-də III təsnifat mərhələsinin növbəti oyunları yekunlaşacaq

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin növbəti cavab görüşlərinə yekun vurulacaq. SİA-nın məlumatına görə, ikinci oyun günündə 14 matç keçiriləcək.

Bu cütlərdən 9-u “Qarabağ” kimi Çempionlar yolunda mübarizə aparır. Azərbaycan çempionu pley-offa yüksəlsə, məhz bu cütlərin qalibləri ilə qarşılaşa biləcək. Çünki Çempionlar yolunun 10 cütünün qalibi növbəti raundda 5 cütlük təşkil edəcək.

Digər 5 cütün qalibini isə daha çətin sınaq gözləyir. Onlar pley-offda “Sevilya”, “Napoli”, “Liverpul”, “Hoffenhaym” və “Sportinq” kimi rəqiblərlə qarşılaşacaq.

Qeyd edək ki, pley-offun püşkatması avqustun 4-də keçiriləcək.

Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunları
Çempionlar yolu


3 avqust

21:00. BATE (Belarus) - “Slaviya” (Praqa, Çexiya)

İlk oyun – 0:1

21:00. APOEL (Kipr) - “Vitorul” (Rumıniya)

İlk oyun – 0:1

22:00. “Kopenhagen” (Danimarka) - “Vardar” (Makedoniya)
İlk oyun - 0:1

22:30. “Ludoqorets” (Bolqarıstan) - “Hapoel” (Beer Şeva, İsrail)
İlk oyun – 0:2

22:30. “Hafnarfyordur” (İslandiya) - “Maribor” (Sloveniya)

İlk oyun – 0:1

22:45. “Olimpiakos” (Yunanıstan) - “Partizan” (Serbiya)
İlk oyun – 3:1

22:45. “Legiya” (Polşa) - “Astana” (Qazaxıstan)
İlk oyun – 1:3

22:45. “Riyeka” (Xorvatiya) - “Zalsburq” (Avstriya)
İlk oyun – 1:1

22:45. “Rusenborq” (Norveç) - “Seltik” (Şotlandiya)

İlk oyun – 0:0

Liqa yolu

21:00. MOİK (Moskva, Rusiya) - AEK (Yunanıstan)
İlk oyun – 2:0

21:45. “Başakşəhər” (Türkiyə) - “Brügge” (Belçika)
İlk oyun – 3:3

22:15. “Viktoriya” (Çexiya) - “Styaua” (Rumıniya)
İlk oyun - 2:2

22:15. “Yanq Boys” (İsveçrə) - “Dinamo” (Kiyev, Ukrayna)

İlk oyun – 1:3

22:45. “Ayaks” (Hollandiya) - “Nitsa” (Fransa)

İlk oyun – 1:1

Bütün xəbərlər Facebook səhifəmizdə