"Sumqayıt” istirahəti başa vurub

"Sumqayıt” istirahəti başa vurub

"Sumqayıt” 2017/18 mövsümünün hazırlıqlarını davam etdirir. SİA-nın məlumatına görə, Türkiyənin Bolu bölgəsində keçirilmiş təlim-məşq toplanışından sonra 3 gün müddətinə istirahətə buraxılmış kollektiv dünən saat 18:30-da yenidən məşqə çıxıb.

Əsasən toplu çalışmalar və taktiki gedişlərə üstünlük verilən məşq prosesi təxminən 1,5 saat müddətində davam edib.

Qeyd edək ki, “Sumqayıt” çempionatın startınadək gündə bir dəfə olmaqla, Sumqayıt şəhərində məşqlərini davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə