"Sevilya" Xesus Navasın transferini rəsmiləşdirib

"Sevilya" Xesus Navasın transferini rəsmiləşdirib

"Sevilya" Xesus Navasın transferini rəsmiləşdirib. SİA-nın məlumatına görə, Əndəlus klubu 31 yaşlı yarımmüdafiəçinin qayıdışını "Tvitter" səhifəsindən açıqlayıb. Onun illik məvacibi 2 milyon avro olacaq.

Qeyd edək ki, Navas 2003-13-cü illərdə "Sevilya"nın şərəfini qoruyub. 10 il ərzində burada 376 oyuna çıxan futbolçu 31 qol və 83 məhsuldar ötürmə ilə yadda qalıb. O, son 4 mövsümü "Mançester Siti"də keçirib.

Xatırlaqdaq ki, "Sevilya" bundan öncə Ever Baneqanı da geri qaytarmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə