"Qalatasaray” “Osmanlıspor”un futbolçusunu transfer edir

"Qalatasaray” “Osmanlıspor”un futbolçusunu transfer edir

"Qalatasaray”ın transfer etmək istədiyi “Osmanlıspor”un futbolçusu Badu Ndiaye tibbi müayinədən keçib. SİA-nın məlumatına görə, bu barədə İstanbul klubunun saytı məlumat yayıb. Seneqallı yarımmüdafiəçi ilə yaxın vaxtlarda müqavilə imzalanacağı gözlənilir.

Bu transfer üçün "Qalatasaray"ın 7.5 milyon avro ödəyəcəyi bildirilir.

Qeyd edək ki, B.Ndiaye ötən mövsüm Türkiyə Superliqasında 26 oyunda 6 qol vurub, 2 qol ötürməsi verib.

Bütün xəbərlər Facebook səhifəmizdə