Pikl Bernhard: "Bakıda qazandığım qızıl medal karyeramda ən böyük nailiyyətdir"
"Dünya çempionatında gümüş medala sahib olmuşam, amma Bakıda keçirilən Avropa çempionatında qazandığım qızıl medal karyeramda ən böyük nailiyyətdir". SİA-nın məlumatına görə, bunu Bakı Atıcılıq Mərkəzində keçirilən Avropa çempionatının 300 metr məsafəyə standart tüfənglə atəşaçma yarışının qalibi avstriyalı Pikl Bernhard deyib.
Azərbaycanda keçirilən yarışlarda dördüncü dəfədir iştirak etdiyini qeyd edən idmançı bundan öncə Qəbələdə atıcılıq üzrə dünya kuboku yarışlarına qatıldığını bildirib. O, Bakıdakı Atıcılıq Mərkəzinin möhtəşəm olduğunu, burada idmançılar üçün hər cür şərait yaradıldığını qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB