Avstriya təmsilçisi Bakıda keçirilən Avropa çempionatında qızıl medal qazanıb
Bakı Atıcılıq Mərkəzində keçirilən atıcılıq üzrə Avropa çempionatında kişilər arasında 300 metr məsafədən standart tüfənglə güllə atıcılığı yarışının final mərhələsində Avstriya təmsilçisi qızıl medal qazanıb.
SİA-nın məlumatına görə, avstriyalı Pikl Bernhard bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, 578 (20x) xal toplayıb.
Finlandiyalı Kurki Juho 578 (18x) xalla gümüş, İsveç təmsilçisi Olsson Karl isə 577 xalla bürünc medala sahib olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB