"Konyaspor"un hücumçusu karyerasını İtaliyada davam etdirəcək

"Konyaspor"un hücumçusu karyerasını İtaliyada davam etdirəcək

Türkiyəni Avrokuboklarda təmsil edən "Konyaspor"un hücumçusu Riyad Bayiç karyerasını İtaliyada davam etdirəcək. SİA-nın məlumatına görə, 23 yaşlı forvard "Udinize" ilə anlaşıb. Transfer 5.5 milyon avroya başa gəlib.

Qeyd edək ki, 2015-ci ildə "Konyaspor" Bayiçi 500 min avro qarşılığında heyətinə qatmışdı. Ötən mövsüm 17 qol vuran hücumçu klubun ən sərrast futbolçusu olmuşdu.

Bosniya və Herseqovina millisinin üzvü "Fənərbaxça"nın da maraq dairəsində idi. İndi "sarı lacivərdlilər" əsas diqqəti Samuel Eto`onun transferinə yönəldəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə