UEFA "Mançester Yunayted"in futbolçularını cərimələdi

UEFA "Mançester Yunayted"in futbolçularını cərimələdi

UEFA "Mançester Yunayted"in futbolçuları Fil Cons və Deyli Blində cəza tətbiq edib. SİA-nın məlumatına görə, F.Cons ötən mövsüm Avropa Liqasının finalında "Ayaks"la matçdan (2:0) sonra ondan dopinqi-test üçün nümunə almaq istəyən işçiləri təhqir etdiyinə görə 2 oyunluq cəzalandırılıb və 5 min avro məbləğində cərimələnib.

D.Blind isə dopinq-testindən keçmədiyi üçün 5 min avro ödəməli olacaq.

Bundan başqa, hər iki futbolçunun hərəkətinə görə "Mançester Yunayted" də 10 min avro məbləğində cərimələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə