Anxel Mariya Vilyar pul girovu müqabilində sərbəst buraxılıb

Anxel Mariya Vilyar pul girovu müqabilində sərbəst buraxılıb

İspaniya məhkəməsi sözügedən ölkənin futbol federasiyasının prezidenti Anxel Mariya Vilyarı sərbəst buraxmağa razılıq verib. SİA-nın məlumatına görə, o, vəzifəsindən sui-istifadədə və korrupsiyada ittiham olunaraq bir müddət öncə həbs edilmişdi.

Lakin "El Confidencial"ın bu gün yaydığı məlumata görə, artıq federasiya prezidentliyindən də uzaqlaşdırılmış Vilyarı məhkəmə 300 min avroluq girov müqabilində azadlığa buraxmaqla bağlı qərar qəbul edib.

Amma o, hər həftə məhkəməyə gəlməlidir. Sabiq federasiya prezidentinin pasportu əlindən alınıb. Vilyara bundan sonra onun harada olduğunu göstərəcək mobil telefon da verilib. Məhkəmənin yekun qərarının necə olacağını isə zaman göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə