İngiltərədə simulyasiya edən futbolçular diskvalifikasiya ediləcək

İngiltərədə simulyasiya edən futbolçular diskvalifikasiya ediləcək

İngiltərə Futbol Assosasiyası yeni mövsümdən simulyasiya edən futbolçulara qarşı ciddi mübarizə aparacaq. SİA-nın məlumatına görə, hakimi aldatmağa cəhd edən futbolçular 2 oyunluq diskvalifikasiya ilə cəzalandırılacaq.

Simulyasiya predmeti kimi rəqib futbolçunun qırmızı vərəqə almasına və penalti təyin edilməsinə səbəb olan hərəkətlər götürüləcək. Epizodları xüsusi komissiya 48 saat ərzində nəzərdən keçirəcək. Onun tərkibinə sabiq futbolçu, məşqçi və hakimlər daxil olacaq. Diskvalifikasiya barədə qərar yekdil səslə qəbul olunacaq. Şotlandiyada oxşar qayda artıq tətbiq olunur. Amma orda cəzalandırma qərarını bir şəxs verir. Yeni qərar Premyer Liqada avqustun 4-dən tətbiq edilə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə