2024-cü il Yay Olimpiya Oyunları Fransanın paytaxtı Parisdə keçiriləcək. SİA-nın məlumatına görə, Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2028-ci il Yay Olimpiya Oyunlarının isə ABŞ-ın Los-Anceles şəhərində keçirilməsini təklif edib.
BOK-un prezidenti Tomas Bax qurumun sentyabrın 13-də keçiriləcək sessiyasında bununla bağlı rəsmi müqavilənin imzalanacağını açıqlayıb.
Qeyd edək ki, 2024-cü il Yay Olimpiya Oyunlarını keçirmək üçün Paris və Los-Anceles şəhərləri namizəd idi. BOK bu iki şəhərə 2024 və 2028-ci il olimpiadalarını öz aralarında müəyyənləşdirməyi təklif etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB