“Sabah komandamız üçün çox vacib oyuna çıxacağıq. Rəqibimiz güclü, hərəkətli, topa sahib olan və meydanda üstünlük qurmağı bacaran komandadır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Şerif”in baş məşqçisi Roberto Bordin deyib. Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Qarabağ”la qarşılaşacaq Moldova təmsilçisinin çalışdırıcısı oyundan öncə mətbuat konfransında çıxış edib. İtaliyalı mütəxəssis rəqibi yüksək dəyərləndirdiyini deyib: “Bakıdakı ilk oyunda yaxşı nəticə qazanmağa çalışdıq. Bildirmək istəyirəm ki, sabahkı matç öncəsi 0:0 heç də pis nəticə deyil. İndi bizim xeyrimizə olan çox önəmli bir amil daha var – evdə, doğma azarkeşlər önündə çıxış edəcəyik. Ümid edirəm ki, onlar stadionu dolduraraq bizə dəstəkləri ilə kömək edəcəklər”.
- “Şerif” sabah hücum futbolu oynayacaq, yoxsa ilk görüşdəki taktikaya sadiq qalacaqsınız?
- Əgər biz “Kukesi” ilə hər iki oyuna nəzər salsaq, görərik ki, kifayət qədər qol vəziyyətləri yarada bilmişdik. Bakıda da bizim şanslarımız oldu. Oyunun əvvəllərində penalti oldu ki, hakim təyin etmədi. Ancaq istənilən halda müdafiəni unutmaq olmaz. Rəqimiz çox texnikalı, mövqelər üzrə yaxşı yayılan və hücum quran komandadır.
- Damaşkan meydana çıxacaq?
- Biz komanda olaraq bir-birimizə həm meydanda, həm də ondan kənarda yardımçı olmağa çalışırıq. Damaşkan haqqında isə demək istəyirəm ki, o, hələ çox gəncdir. Karyerası hələ qabaqdadır. Ötən mövsüm komandaya çox kəmək etdi və indi də əla oynayır. Oyunçuların hər birinin neydanda öz yeri var və komandaya kömək etmək üçün öz vaxtlarını gözləməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB