Portuqaliya millisinin üzvü “Göztəpə”də

Portuqaliya millisinin üzvü “Göztəpə”də

Portuqaliya millisinin üzvü Antonio Alberto Bastos karyerasını Türkiyədə davam etdirəcək. SİA-nın məlumatına görə, 35 yaşlı qolkiper yeni mövsümdən Superliqada mübarizə aparacaq “Göztəpə”də çıxış edəcək. İzmir klubunun rəsmi saytı Bastosla 2 illik müqavilə imzalandığını yazıb.

Qeyd edək ki, Bastosun son klubu “Sportinq” olub. O, Portuqaliya millisinin də üzvüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə