“Sumqayıt” həvəskar liqa təmsilçisinə uduzub

“Sumqayıt” həvəskar liqa təmsilçisinə uduzub

2017/18 mövsümünə hazırlığını davam etdirən “Sumqayıt”ın əvəzediciləri yoxlama oyununda qüvvəsini sınayıb. SİA-nın məlumatına görə, Elbrus Məmmədovun yetirmələri “Kapital Bank Arena”da həvəskar liqa təmsilçisi “Uğur” ilə qarşılaşıb. Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmada "Sumqayıt"ın əvəzediciləri 2:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, “Sumqayıt”ın əvəzedici heyəti avqustun 2-si və 5-ində növbəti yoxlama görüşlərini keçirəcək. Komanda müvafiq olaraq, “Neftçi” (əvəzedici) və U-19 yığmamızla oyunlarda qüvvəsini sınayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə