Birinci Divizionda debütə hazırlaşan "Binə" təlim-məşq toplanışı ilə yanaşı, transfer çalışmalarını da davam etdirir. SİA-nın məlumatına görə, sözügedən klub daha 5 futbolçu ilə heyətini gücləndirib. Yeni transferlər Məhərrəm Hüseynov, Fərid Abbaslı, Cəmil Rəhimli, Vüsal Nağıyev və Ülvi Süleymanovdu. Onlar 2017/18 mövsümündən etibarən "Binə"nin uğurları üçün çalışacaqlar.
Xatırladaq ki, Elmin Çobanov, Ture Morifere, Ramil Kərimov, Elmir Məmmədov, Mansur Nəhavəndi və Bəxtiyar Soltanov da debütantın sıralarına qoşulub. Ture "Şəmkir", Elmin MOİK, Elmir "Qaradağ Lökbatan", Mənsur "Mil-Muğan", Bəxtiyar AZAL-dan, Ramil isə Gürcüstanın ikinci liqasında çıxış edən “Sapovnela” klubundan gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB