Ötən mövsümün sonunda “Qalatasaray”dan ayrılaraq Çexiyanın “Sparta” klubuna keçən Semih Kaya cidi zədə alıb. SİA-nın məlumatına görə, Çexiya çempionatının ilk turunda “Bohemians”la oyunda müdafiəçinin ayağı qırılıb.
Onun ən azı 6 həftə meydana çıxa bilməyəcəyi məlum olub.
Qeyd edək ki, Türkiyə millisinin üzvü Çexiya çempionatında debüt oyununda zədələnib. O, daha əvvəl “Sparta” ilə Avroliqa oyununda iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB