Pavel Paşayev “Aleksandriya”da debüt edib

Pavel Paşayev “Aleksandriya”da debüt edib

Ukrayna Premyer Liqasında 3-cü tura yekun vurulub. SİA-nın məlumatına görə, milli komandamızın üzvü Pavel Paşayevin komandası “Aleksandriya” öz meydanında “Zarya” ilə qarşılaşıb.

Görüş 1:1 hesablı bərabərliklə başa çatıb. Yeni komandasında əsas heyətdə meydana çıxmaqla debüt edən P.Paşayev 65-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, 3 oyundan sonra 2 xalı olan “Aleksandriya” turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə