“Qarabağ” artıq Moldovaya çatıb

“Qarabağ” artıq Moldovaya çatıb

Futbol üzrə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında “Şerif”lə qarşılaşacaq “Qarabağ” Moldovaya gedib. Belə ki, dünən saat 18:00-da Bakıdan çarter reysi ilə yola düşən komanda təxminən 22:00 radələrində Tiraspola çatıb. Ağdam təmsilçisi bu gün 21:00-da oyunun keçiriləcəyi stadionda son məşqə çıxacaq.

Qeyd edək ki, ÇL-in üçüncü təsnifat mərhələsinin “Şerif” – “Qarabağ” oyunu avqustun 1-i keçiriləcək. Bu komandaların Bakıdakı ilk matçı 0:0 hesabı ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə