Növbəti mövsümə hazırlıqların ikinci mərhələsini Avstriyada davam etdirən “Neftçi” bu gün növbəti sınaq matçına çıxıb. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi “Əl Əyn”lə üz-üzə gəlib.
Baş məşqçi Elxan Abdullayev Avstriyadakı ilk hazırlıq oyununda Almaniya Bundesliqa təmsilçisi “Şalke” ilə qarşılaşan və 0:1 hesabı ilə məğlub komandasını bu dəfə ərəblərə qarşı sınaqdan keçirib.
Matçın ilk hissəsində hesab açılmayıb. İkinci yarıda ilk olaraq ərəblər fərqləniblər. Paytaxt klubunun cavab cəhdləri sona 3 dəqiqə qalmış fayda verib. Mirabdulla Abbasov bərabərliyi təmin edib. Matç elə bu hesabla da başa çatıb. Qeyd edək ki, paytaxt təmsilçisinin növbəti sınaqçı rəqibi “Herta” olacaq.
Hazırlıq oyunu
30 iyul
“Neftçi” – “Əl Əyn” (BƏƏ) - 1:1
Qol: Mirabdulla Abbasov, 87
Avstriya
“Neftçi”: Səlahət Ağayev, Mateo Mujek, Ruslan Abışov, Kirilo Petrov, Pavel Dreksa, Məhəmməd Mirzəbəyov, Derlis Meza Kolli, Tərzin Cahangirov, Namik Ələskərov, Rəhman Hacıyev, Uqo Barqas
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB