Eduard Dortomb: "Bakıda Avropanın ən güclü atıcıları mübarizə aparırlar"
"Avropa çempionatında qitənin ən güclü idmançıları mübarizə aparırlar. Buna görə də Bakıda medalçılar sırasına düşmək üçün gərgin və son ana qədər mübarizə aparmaq lazımdır. Çətin də olsa, medal qazana bildiyim üçün çox sevinirəm."
Bu sözləri Bakı Atıcılıq Mərkəzində keçirilən atıcılıq üzrə Avropa çempionatının bürünc medalçısı, fransalı Eduard Dortomb AZƏRTAC-a müsahibəsində deyib.
“Final mübarizəsi çox gərgin keçdi. Avropanın ən güclü idmançıları ilə mübarizə apardım. Fərdi mübarizədə gümüş, komanda yarışında isə bürünc medala layiq görüldüm. Vətənimə iki medalla qayıtmaq mənim üçün qürurvericidir”, - deyə E.Dortomb bildirib.
Avropa çempionatının Bakıda yüksək səviyyədə təşkil olunduğunu vurğulayan gənc idmançı qeyd edib: “İlk dəfədir Bakıda oluram. Şəhər özünəməxsus gözəlliyi ilə məni valeh etdi. Bununla yanaşı, Bakı bu mötəbər yarışa uğurla ev sahibliyi edir. Bütün komanda yoldaşlarıma uğurlar arzulayıram”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB