"Neymar dünyanın istənilən komandasında oynaya bilər”

"Neymar dünyanın istənilən komandasında oynaya bilər”

"Biz Neymarla çox yaxınıq. İstəyirəm ki, o, qalsın. Onun düşdüyü vəziyyəti da bilirəm”. Qol.az-ın məlumatına görə, bu sözləri “Barselona”nın futbolçusu Jerar Pike İspanoya mətbuatına açıqlamasında deyib. İspaniyalı müdafiəçi komanda yoldaşının yüksək gəlir qarşılığında PSJ-yə keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib:

“Hazırda o, nə edəcəyini bilmir. Yaxınları, “Barselona”nın futbolçuları ona düzgün qərar qəbul etməkdə yardım edirlər. Görək, nə olacaq. Neymar dünyanın istənilən komandasında oynaya bilər”.

Bütün xəbərlər Facebook səhifəmizdə