Rusiya millisi Avropa çempionatında qalib gəlib

Rusiya millisi Avropa çempionatında qalib gəlib

Bakı Atıcılıq Mərkəzində keçirilən Avropa çempionatında Rusiya millisi yeniyetmələr arasında 25 metr məsafəyə tapança ilə atəşaçma yarışında 1715 xal toplayaraq çempion olub.

SİA-nın məlumatına görə, qızıl medalı Rusiya millisinə Daniil Şıxov, Eqor İsmakov, Aleksandr Petrov qazandırıblar.

İkinci yeri 1713 xalla Ukrayna millisi tutub. Ukrayna millisinin heyətində Yuri Kolesnik, Pavlo Krepostniak və Maksim Horotinets gümüş medalı komandanın aktivinə yazdırıblar.

Yarışın üçüncüsü isə 1708 xal toplayan Fransa millisi olub. Fransa yığmasının heyətində bu uğura Eduard Dortomb, Klement Qreffier, Andre Pyer Loren Kussiq imza atıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə