Latviya idmançısı Bakıda Avropa çempionu oldu

Latviya idmançısı Bakıda Avropa çempionu oldu

Bakı Atıcılıq Mərkəzində keçirilən atıcılıq üzrə Avropa çempionatının 25 metr məsafəyə yeniyetmələr arasında tapança ilə atəş açma yarışının qalibi Latviya idmançısı olub.

SİA-nın məlumatına görə, rəqiblərindən daha dəqiq atan latviyalı Ernests Erbs 583 xalla birinci olub. Fransalı Eduard Dortomb 575 xalla ikinci, rusiyalı Daniil Şıxov 574 xalla üçüncü nəticə göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə