AFFA-nın İntizam Komitəsi qaydaları pozmuş klubları cərimələdi

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komitə Azərbaycan çempionatlarında qaydaları pozmuş klubları cərimələyib:

13 sentyabr 2010-cu il tarixində XIX Azərbyacan Premyer Liqasının V turunun "Neftçi" – "Muğan" matçında "Neftçi" və "Muğan" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 (min) manat cərimə olunub (maddə 40).
18 sentyabr 2010-cu il tarixində XIX Azərbaycan Premyer Liqasının VI turunun "Muğan" – "Xəzər Lənkəran" matçında "Xəzər Lənkəran" klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 (min) manat cərimə olunub (maddə 40). Oyunun 90+2-ci dəqiqəsində "Xəzər Lənkəran" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 (iki min) manat cərimə olunub (maddə 52).
18 sentyabr 2010-cu il tarixində XIX Azərbaycan Premyer Liqasının VI turunun "Gəncə" – "Turan" matçının 80-ci dəqiqəsində "Turan" klubunun 78 №-li futbolçusu Romuald Onana əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 (iki yüz) manat cərimə olunub (maddə 48).
17 sentyabr 2010-cu il tarixində XIX Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VI turunun MOİK – "Neftçi" matçının 81-ci dəqiqəsində MOİK klubunun 4 №-li futbolçusu Namiq Həsənov əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 100 (yüz) manat cərimə olunub (maddə 48).
18 sentyabr 2010-cu il tarixində XIX Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VI turunun "Simurq" –  "Bakı" matçının 72-ci dəqiqəsində "Simurq" klubunun 8 №-li futbolçusu Azər Səfərli kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 100 (yüz) manat cərimə olunub (maddə 48).
18 sentyabr 2010-cu il tarixində I divizionun III turunun "Karvan" – "Ədliyyə" matçının 71-ci dəqiqəsində "Karvan" klubunun 9 №-li futbolçusu Ruslan Hüseynov rəqibini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanıb, klub 200 (iki yüz) manat cərimə olunub (maddə 42.1).
19 sentyabr 2010-cu il tarixində I divizionun III turunun "Şahdağ" – "MKT-Araz" matçında "Şahdağ" klubunun 4, "MKT-Araz" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 (yüz) manat cərimə olunub (maddə 40).
19 sentyabr 2010-cu il tarixində I divizionun III turunun "Şəmkir" – "Bakılı" matçında "Şəmkir" klubunun 4, "Bakılı" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 (yüz) manat cərimə olunub (maddə 40).

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...