“Qalatasaray” “Mançester Yunayted”in futbolçusunu transfer etməyə yaxındır

“Qalatasaray” “Mançester Yunayted”in futbolçusunu transfer etməyə yaxındır

“Qalatasaray” heyətini gücləndirməkdə davam edir. SİA-nın məlumatına görə, İstanbul klubu “Mançester Yunayted”in futbolçusu Maruan Fellainini transfer etməyə yaxındır. Belçika millisinin üzvü ilə ilk razılığın əldə olunduğu bildirilir.

Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçi ötən mövsüm 47 oyunda 4 qol vurub, iki məhsuldar ötürmə verib.

Bütün xəbərlər Facebook səhifəmizdə