Ronaldo müharibədən əziyyət çəkən uşaqlara dəstək olub FOTO

Ronaldo müharibədən əziyyət çəkən uşaqlara dəstək olub FOTO

“Real”ın futbolçusu Kriştiano Ronaldo Suriyada müharibədən əziyyət çəkən uşaqlara dəstək olub. SİA-nın məlumatına görə, bu barədə şəxsi “İnstagram” səhifəsində paylaşım edən portuqaliyalı hücumçu suriyalı uşaqlara dəstəyini bir daha göstərib: “5 il ərzində çox şey dəyişə bilər. Amma bəzi suriyalı uşaqlar üçün heç nə dəyişməyib. Onları unutmayın”.

Xatırladaq ki, 32 yaşlı hücumçu daha öncə də suriyalı ailələr üçün yemək, geyim və tibbi yardım göndərməklə diqqət mərkəzinə düşmüşdü.

Bütün xəbərlər Facebook səhifəmizdə