Türkiyə Super Liqasında hakimin başına əşya vurdular, matç yarımçıq saxlanıldı - FOTO

Türkiyə Super Liqasında hakimin başına əşya vurdular, matç yarımçıq saxlanıldı - FOTO

Türkiyə Super Liqasının 5-ci turunun son oyunu keçirilib. SİA-nın məlumatına görə, "Gaziantepspor" "Bursaspor"u qəbul edib. "Kamil Ocak" stadionunda keçirilən oyunun 62-ci dəqiqəsində tribunadan atılan əşya düz yan hakim Muharrem Yılmazın başına dəyib. Hakim Deniz Çoban matçı dayandıraraq stadionun ortasına gedib və Türkiyə Futbol Federasiyasının nümayəndəsi ilə danışıb. Bir müddətdən sonra hakim soyunma otağına gedib və matçın dayandırıldığı elan olunub.

Qarşılaşmada qapılara 1 qol bvurulub. Oyunun 56-cı dəqiqədə Ömer Erdoğan "Bursaspor"u irəli keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə