Mövsüm başa çatdıqdan sonra “Zirə”nin sıralarını tərk edən Akim Latifunun yeni klubunun adı müəyyənləşib. SİA-nın məlumatına görə, nigeriyalı futbolçu karyerasını Macarıstanda davam etdirəcək. O, ölkənin paytaxtı Budapeşti təmsil edən “Honved” klubu ilə anlaşıb. 29 yaşlı müdafiəçi yeni klubu ilə 1 illik sözləşmə imzalayıb.
Qeyd edək ki, Latifu “Zirə”yə Türkiyənin “Alanyaspor” klubundan transfer edilmişdi. O, “qartallar”ın heyətində 11 oyunda iştirak etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB