Pikedən Neymara məsləhət

"Barselona"nın müdafiəçisi Jerar Pike komanda yoldaşı Neymara məsləhət verib. SİA-nın məlumatına görə, katalon müdafiəçi dolayı yolla ondan PSJ-nin təklifini qəbul etməməyi istəyib: "İspaniya Primerası və Fransa Liqası eyni səviyyədə deyil. Neymara məsləhət görürəm ki, diqqət mərkəzində olmayacağı bir çempionatda oynamasın. Orda Çempionlar Liqasına vəsiqəyə önəm verilir. Komanda qalib gəlməyəndə alışdığın diqqəti də görmürsən".

Media braziliyalı ulduzun Paris klubu ilə razılığa gəldiyi barədə xəbərlər yayır. Onun 30 milyon illik məvacib alacağı iddia olunur. Pike bir neçə gün öncə sosial şəbəkədə Neymarla fotosunu paylaşaraq "o qalır" yazmışdı. Daha sonra futbolçu bu yazının şəxsi arzusu olduğunu bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə