"Neftçi" "Şalke"-yə uduzdu

Avstriyada təlim-məşq toplanışında olan "Neftçi" bu gün ölkə xaricində ilk yoxlama oyununa çıxıb. Qol.az-ın məlumatına görə, Bakı klubu Almaniya Bundesliqa təmsilçisi "Şalke" ilə qarşılaşıb. "Neftçi" minimal hesabla uduzub - 0:1.

Qeyd edək ki, "Neftçi" iyulun 30-u Birləşmiş Ərəb Əmirliyinin "Əl-Ain" klubu, avqustun 2-i isə Almaniya "Herta"sı ilə yoxlama görüşü keçirəcək.

26 iyul

Yoxlama oyunu

20:00. "Neftçi" - "Şalke" (Almaniya) - 0:1
Qol:
Tekbeti, 27

Bütün xəbərlər Facebook səhifəmizdə