Beynəlxalq şahmat turnirində üçüncü tura yekun vurulub

Beynəlxalq şahmat turnirində üçüncü tura yekun vurulub

Bu gün Azərbaycanın məşhur şahmatçısı, mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq şahmat turnirində üçüncü tura yekun vurulub. Vüqar Həşimov Akademiyasında keçirilən yarışda 8-10-12 yaşadək şahmatçılar birincilik uğrunda mübarizə aparırlar.

Üçüncü turun görüşlərindən sonra Xəzər Babazadə, Aqil İsrailov, Fərid Orucov və Ayan Allahverdiyeva 1-4-cü yerləri bölüşdürürlər. Səkkiz zəka sahibinin isə hesabında 2,5 xal var.

Azərbaycan, Rusiya və Birləşmiş Ərəb Əmirliklərindən 74 şahmatçının iştirak etdiyi turnir İsveçrə sistemi üzrə 9 turdan ibarət keçirilir. Avqustun 1-dək davam edəcək yarışda Azərbaycan, dünya və Avropa birinciliklərinin mükafatçıları, beynəlxalq əmsalı 1700-dən yüksək olan şahmatçılar iştirak edirlər.

Beynəlxalq turnirin reytinq favoriti Azərbaycan şahmatçısı Xəzər Babazadədir. Yarışın baş hakimi isə beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadədir.

Bütün xəbərlər Facebook səhifəmizdə