Stolüstü tennisçilərin uğurları ilə bağlı mətbuat konfransı keçirilib FOTOLAR
Bu gün Gənclər və İdman Nazirliyində Azərbaycanın gənc stolüstü tennisçilərinin Avropa çempionatında qazandıqları yüksək nəticələrlə bağlı mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova, Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidentləri Fazil Məmmədov, Səbuhi Mehdizadə, milli komandanın baş məşqçisi Mixail Timofeyev və yığma komandanın üzvləri iştirak ediblər.
İ.İsmayılov ölkəmizdə dövlət tərəfindən idmana və idmançılara göstərilən yüksək diqqət və qayğıdan danışıb. O, bu günün Gənclər və İdman Nazirliyinin yaranma günü olduğunu, nazirliyin 23 il müddətində böyük nailiyyətlərə imza atdığını qeyd edib.
İ.İsmayılov gənc stolüstü tennisçilərimizin Avropa çempionatında 3 medal qazanmasını yüksək qiymətləndirib və gələcəkdə də böyük nailiyyətlər qazanacaqlarına inandığını ifadə edib.
F.Məmmədov idmançıların uğurlu nəticələr göstərmələri üçün Azərbaycanda dövlət tərəfindən hər cür şərait yaradıldığını vurğulayıb. O, 2014-cü ildə Federasiyaya Şahin Mustafayevin prezident seçilməsindən sonra ölkəmizdə bu idman növünün daha da kütləviləşdiyini, qurumun ofis, avadanlıq və zəruri olan digər vasitələrlə təmin edildiyini, inkişaf strategiyası hazırlandığını və tətbiq olunduğunu deyib: “Stolüstü tennisin Azərbaycanda coğrafiyasının genişlənməsi üçün mühüm işlər aparılır. 2014-cü ildən bu günə qədər 100-dən çox tədbir və yarışlar keçirmişik. Yığma komandalarımız 30 beynəlxalq yarışda, 15-ə yaxın təlim-məşq toplanışında iştirak edib. Polşa və Çindən mütəxəssislər dəvət olunub və dünya təcrübəsindən yararlanaraq yığma komandaya Çindən perspektivli idmançılar cəlb olunub. Azərbaycan mütəxəssislərinin peşəkarlığının artırılması istiqamətində də işlər aparılır”.
F.Məmmədov idmançılarımızın son Avropa çempionatındakı uğurlarının stolüstü tennisin inkişafının göstəricisi olduğunu qeyd edib. O, yüksək nəticə göstərən idmançılar arasında yerli stolüstü tennisçimizin də olmasının istedadlı yerli idmançılarımızın uğurlu yetişdirilməsindən xəbər verdiyini bildirib.
M.Timofeyev idmançılarımızın Avropa çempionatında göstərdikləri nəticələr haqqında danışıb: “Portuqaliyada keçirilən yarışda 44 Avropa ölkəsindən 520 idmançı iştirak edirdi. Gənc qızların şəxsi birinciliyində stolüstü tennisçimiz Ning Zhing 1-ci yeri tutaraq qızıl medal qazanıb. Gənc qızlardan ibarət millimiz komanda yarışlarında 3-cü yer tutaraq bürünc, qoşa yarışlarda 2-ci yeri tutaraq gümüş medal əldə edib. Bununla da yüksək nəticə qazanan stolüstü tennisçilərimiz Azərbaycana 1-i qızıl, 1-i gümüş və 1-i isə bürünc olmaqla 3 medalla qayıdıblar”.
Sonda tədbir iştirakçıları jurnalistlərin suallarını cavablandırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB