Azərbaycanın UEFA reytinqində xalı yüksəlib

Azərbaycanın UEFA reytinqində xalı yüksəlib

Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb. SİA-nın məlumatına görə, son reytinqdə Azərbaycan əvvəlki mövqeyini qoruyaraq 22-ci pillədə qərarlaşıb.

Öz meydanında Moldova “Şerif”i ilə qolsuz heç-heçə edən “Qarabağ” Azərbaycanın hesabına 0.125 xal qazandırıb. Bununla da, son 5 ilin nəticələrinə əsasən hesablanan reytinq xalımız 17.125-ə yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə