Nazir müavini: “Azərbaycan gəncliyi beynəlxalq aləmdə yüksək səviyyədə təmsil olunur” AÇIQLAMA

Nazir müavini: “Azərbaycan gəncliyi beynəlxalq aləmdə yüksək səviyyədə təmsil olunur” AÇIQLAMA

“Gənclər və İdman Nazirliyi yarandığı 23 il ərzində xeyli işlər görüb. 23 il bundan əvvəl 26 iyul tarixində Ulu Öndər Heydər Əliyevin müvafiq sərəncamı ilə müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq bilavasitə gənclərlə işləyən, gənclər siyasətini tənzimləyən dövlət idarəetmə qurumu yaradıldı və qarşıya böyük vəzifələr qoyuldu. Vəzifələr gənc dövlətin gənc nəslini tərbiyə etmək, vətənpərvər gənclik formalaşdırmaq, onların ölkəmizin ictimai-siyasi həyatında, beynəlxalq münasibətlər sistemində iştirakına şərait yaratmaq idi”. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

O qeyd edib ki, ötən 23 il ərzində sözügedən vəzifələrin yerinə yetirilməsi istiqamətində minlərlə layihələr, tədbirlər həyata keçirilib və bu gün Azərbaycan gəncliyi həm ölkə daxilində, həm də beynəlxalq aləmdə elm, təhsil, mədəniyyət, idman və digər sahələrdə yüksək səviyyədə təmsil olunurlar, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırırlar.

“Nazirliyin yaradılması bariz nümunədir ki, ölkədə həyata keçirilən dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri məhz gənclərlə iş və idman siyasətidir. Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətdə də bu ənənə davam edir. Qarşımızda yeni vəzifələr dayanır.Ölkəmizdə Gənclərin İnkişaf Strateriyası, Dövlət proqramları qəbul edilir. Gənclərimizin müxtəlif sahələrdə öz potensiallarını nümayiş etdirmələri üçün maksimum şərait yaradılıb”, - deyə nazir müavini vurğulayıb.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə